AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin ölkəmizdəki səfiri “ASAN xidmət”də

  • + A
  • - A
  • 9-09-2021, 12:14


    8 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı ilə ilə görüşüb.

    Görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

    Qeyd edilib ki, “ASAN xidmət”ə bu günədək 46 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa qonağa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi barədə məlumat verilib.

    Eyni zamanda Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub.

    Bundan əlavə qonaq Türkiyə tərəfinin də imzalayan dövlətlər sırasında olduğu “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası”, eləcə də “ASAN ICESCO” mükafatı barədə məlumatlandırılıb.

    Görüş zamanı Türkiyə Respublikasının müvafiq sahələr üzrə fəaliyyət göstərən qurum və təşkilatları davam edən uğurlu əməkdaşlıqdan bəhs olunub. 2020-ci ilin fevral ayında Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumunun icra vəziyyəti müzakirə edilib.

    Bundan başqa Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi, Türkiyə Respublikası Silahli Qüvvələrinin nəzdində fəaliyyət göstərən Fondlar ilə davam edən səmərəli əməkdaşlıq üzrə fikir mübadilə aparılıb.

    Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə Dövlət Agentliyinin sədrinə öz təbriklərini çatdırıb.

    Həmçinin səfir dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycanın qabaqcıl “ASAN xidmət” təcrübəsini və Dövlət Agentliyi tərəfindən elektron hökumət sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirib.

    Sonda səfirə “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR