Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Horadiz şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da qurumun tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək.
Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlər “38 N-li Yol İstismarı” və Beyləqan rayonu “37 N-li Yol istismarı” MMC-də öncədən qeydiyyatdan keçə bilərlər.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
http://www.aayda.gov.az/az/news/3552/fuzuli-beyleqan-ve-xocavend-rayonlarindan-olan-vetendaslarin-qebulu-kecirilecek
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.