AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bravomarketdə vaxtı keçmiş yumurta satılır - Fotofakt

  • + A
  • - A
  • 30-01-2024, 16:30

    Bravomarketdə vaxtı keçmiş yumurta satılır - Fotofakt

    Son vaxtlar Azərbaycan istehlak üçün olan yumurtaları ilə gündəmdədir. Ötən ilin son aylarından Rusiya Federasiyasının əhalisinin qida üçün yumurtaya olan ehtiyacının ödənilməsində rolu danılmaz olan iki dövlətdən biri Azərbaycandır. Federasiyaya məxsus saytlara yüngülvari nəzər salmaq kifayət edir ki, Azərbaycandan Rusiyaya göndərilən milyonlarla yumurta ilə bağlı razılıqla dolu məqalə və xəbərlərlə rastlaşasan. Xarici ölkəyə yumurta idxal etdiyimiz bir vaxtda Bravomarketdə vaxtı keçmiş yumurtaların satışı açığı, pəjmürdə etdi məni. Mən yumurta alanda tarixinə baxmıram, inanıram marketdə bu işdə cavabdeh olanlara. Amma yayılan foto göstərir ki, inanmaq lazım deyil.
    İctimai fəal Vəfa Səfərova Bravomaketin Qış Parkı ilə üzbəüz olan filialında satılan yumurtaların vaxtını keçdiyini göstərən fotonu sosial media hesabında yayıb və ürəkağrısı ilə göstərib ki, hələ nə qədər belə yumurtalar var, öz müştərilərini gözləyir.
    29 dekabrda istehsal tarixi göstərilən kağızda saxlama müddətinin 28 gün olduğu göstərilir. Bu gün yanvarın 30-dur.
    Yaranan mənzərə təəssüf yaradır.
    Azadmedia.az Bravomarketin məsul şəxslərindən açıqlama alıb mövzuya qayıdacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR