AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti

  • + A
  • - A
  • 21-02-2024, 17:57

    Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, fevralın 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, dağlıq və dağətəyi rayonlarda güclü külək əsəcəyi gözlənilir.

    Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

    Yağışlı, qarlı havalarda avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına, eləcə də mövsümə uyğun təchizatına nəzarət etməlidirlər.

    Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

    Piyadalardan isə ehtiyatlı olmaları, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamaları, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçmələri xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR