PENTAQON HÖRMÜZ BOĞAZI YAXINLIĞINDA ƏMƏLİYYAT KEÇİRİB

ABŞ hərbçiləri Hörmüz boğazı yaxınlığında İranın raket buraxılış mövqelərinə və hərbi katerlərinə zərbələr endirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – CENTCOM məlumat yayıb. Bildirilib ki, əməliyyat atəşkəs rejimi və müharibənin dayandırılması ilə bağlı danışıqlar fonunda həyata keçirilib.
CENTCOM-un rəsmisi Timoti Hokins CNN telekanalına açıqlamasında qeyd edib ki, ABŞ qüvvələri İran silahlı qüvvələrindən qaynaqlanan təhdidlərə qarşı “özünümüdafiə məqsədilə” Cənubi İranda zərbələr endirib.
Məlumata görə, hədəflər arasında raket buraxılış mövqeləri, eləcə də dəniz minaları yerləşdirməyə çalışan İran katerləri olub.
ABŞ Mərkəzi Komandanlığı vurğulayıb ki, qüvvələrin qorunması məqsədilə tədbirlər davam etdirilir və mövcud atəşkəs razılaşması şəraitində “təmkinli davranış” nümayiş etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.