AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyalı jurnalist axtarışa verildi

  • + A
  • - A
  • 15-07-2022, 16:54

    Rusiyalı jurnalist axtarışa verildi


    Rusiya Daxili İşlər Nazirliyi jurnalist Yevgeni Kiselyov barəsində axtarış elan edib.

    AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

    "O, cinayət işi üzrə axtarışa verilib. Aprelin 5-də Rusiyada fiziki şəxslərin - xarici agentlərin reyestri yaradılıb. Ukraynada yaşayan və işləyən iki rusiyalı jurnalist - Yevgeni Kiselyov və Matvyi Qanapolskii onlar “Ukraynadan maliyyə alaraq siyasi fəaliyyət göstərirlər”, - deyə KİV-də qeyd olunub.

    Bildirək ki, Yevgeni Kiselyov jurnalist, media meneceri, siyasi şərhçidir. Rusiyanın NTV, TNT və TV-6 kanallarında verilişlərin müəllifi və aparıcısı olub. 2008-ci ildən Kiselyov Ukrayna televiziyasında işləyir, bu gün "Ukrayna 24" telekanalının aparıcısıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR