Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası qarşısında partlayış baş verib.
Bu haqda Taliban administrasiyasının Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran sosial media hesabında paylaşım edib.
O, partlayışda 20 nəfərin öldüyünü və çoxlu sayda insanın yaralandığını açıqlayıb.
Taliban qüvvələri nazirliyə gedən küçələri nəqliyyatın hərəkətinə bağlayıb və ətrafda geniş təhlükəsizlik tədbirləri görüb.
Kabilin mərkəzindəki Təcili Tibbi Yardım Xəstəxanasının yerləşdiyi küçənin də nəqliyyata bağlandığı və yaralıların ora köçürüldüyü bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.