AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AİB Azərbaycana 780 milyon ayırmağa hazırdır

  • + A
  • - A
  • 1-09-2020, 21:20

    AİB Azərbaycana 780 milyon ayırmağa hazırdır

    Asiya İnkişaf Bankı (AİB) 2021-2023-cü illərdə Azərbaycana ümumilikdə 780 milyon dollar məbləğində kredit ehtiyatları ayırmağa hazırdır.

    AzadMedia.az xəbər verir ki, biznes-plana əsasən, 2021-ci ildə AİB təhsil, irriqasiya, biznesin dəstəklənməsi, iqtisadi islahatlar və dəmir yollarının inkişafı sahələrində layihələrin reallaşdırılması üçün kreditlər ayıracaq.

    Qeyd olunur ki, 2021-ci ildə 85 milyon dollar, 2022-ci ildə 370 milyon dollar, 2023-cü ildə isə 325 milyon dollar kreditin ayrılması nəzərdə tutulur.

    Bundan başqa, AİB 2021-2023-cü illərdə Azərbaycana 4,5 milyon dollar məbləğində texniki yardım göstərəcək.

    Qeyd edək ki, Azərbaycan hökuməti öz növbəsində irriqasiya və drenaj sistemlərinin inkişafına layihələrinə əlavə 15 milyon dollar ayırıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Cənub dəmir yolu sahəsinin bərpasına isə hökumət 20 milyon dollar ayırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR