AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2021-də təhsilə ayrılacaq pulun məbləği AÇIQLANDI

  • + A
  • - A
  • 3-09-2020, 11:16



    2021-də təhsilə ayrılacaq pulun məbləği AÇIQLANDI

    2021-ci il üzrə büdcədə təhsilə sərf ediləcək vəsaitin məbləği açıqlanıb.

    Bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.

    Büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Məktəbəqədər təhsil”, “Ümumi təhsil”, “Peşə təhsili”, “Orta ixtisas təhsili”, “Ali təhsil”, “Xüsusi təhsil proqramları” və s.) həyata keçirilməsi nəticəsində uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının genişləndirilməsi, məktəbəhazırlıq təhsilinin təmin edilməsi, ümumi təhsil proqramı üzrə təhsilalanların biliyinin artırılması, həyata və ali təhsilə hazırlanması, peşə təhsili proqramı üzrə təhsilalanların peşə-ixtisas biliklərinin və təcrübələrinin artırılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 3 197,0 milyon manat maliyyə vəsaiti nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR