AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - " COVİD-19-a birlikdə qalib gələk, Gücün və Xoşbəxtliyin təməli Sağlıqdan başlayır! "

  • + A
  • - A
  • 23-11-2020, 02:00

    Nəfəs almaq çox dəyərli..

    Çünki, gücün və xoşbəxtliyin təməli sağlıqdan başlayır...

    Bəllidir ki, bugünki dünyanın düz vaxtında, xəstəliyə tutulmamaq, xəstəliyə tutulub sağalmaqdan daha yaxşıdır..

    Belə ki, Yaradan, kimsəyə imandan sonra, sağlıqdan daha üstün bir nemət verməmişdir..

    Bu gün hər birimiz, qüdrətli Azərbaycanın vətəndaşı olmaqla, böyük fəxarət hissi keçiririk..


    Lakin, unutmamalıyıq ki, bir ölkənin xalqının sağlamlığı, həqiqətən bir dövlətin əsas götürdüyü, bütöv xoşbəxtliyin və gücün təməlidir..

    Politoloq Ülkər Piriyeva - " COVİD-19-a birlikdə qalib gələk, Gücün və Xoşbəxtliyin təməli Sağlıqdan başlayır! "
    Ölkəmizdə Covid-19 xidmətində çalışan həkimlər, yeni növ koronavirus epidemiyası ilə mübarizə müddətində, qarşılaşdıqları çətinliklərə baxmayaraq, xəstələrə yeni nəfəs olmağa çalışırlar. Kovid-19 diaqnozu qoyulmuş xəstələri, yaxşılaşdırmaq üçün çox çalışan həkimlər, bəzən günlərlə, yaxınlarından uzaq qalmalarına baxmayaraq, hər zaman vətəndaşlarla sədaqətlə çalışmağa davam edirlər. Bu müddətdə, epidemiyaya tutulan və müalicə müddətlərindən sonra vəzifələrinə qayıdan həkimlərimiz də olur, əlbəttə. Birmənalı olaraq, onlar da, virusun yayılmasının qarşısını almaq və insanların həyatını itirməməsi üçün hər kəsin müəyyən edilmiş qaydalara riayət etməsini istəyirlər. Covid-19-a tutulanların əksəriyyətinin verdikləri açıqlamalarda, yüksək tempratur və öskürək ilə başlayan narahatlıqlarının 4-cü günündə, şiddətli sinə və oynaq ağrılarının başladığını bildirirlər. Əlbəttə ki, həkimlərimiz qədər onlarında vətəndaşlarımıza tövsiyələri budur ki, səthlə təmasda olduğumuz zaman, əl əvəzinə dirsəkdən istifadə etsək, virusun tutulmasının qarşısını xeyli dərəcədə ala bilərik. Bununla bərabər, virus infeksiyası və virusların bu səthlərə yoluxma ehtimalını azaltmaq üçün xüsusilə kafe, restoran və iş yerlərində bu qaydalara diqqət yetirməliyik. Ən önəmlisi, maska taxmaq virusun ötürülmə ehtimalını, xeyli azaldır.

    Hər bir vətəndaşımız bilməlidir ki, maska, epidemiyanın yayılmasının qarşısını alan mühüm amildir. İnsan sağlamlığı baxımından, rahat nəfəs almaq əslində, çox vacibdir. Bu gün, dünya elə bir hala gəldi ki, tənəffüs-nəfəs alma proseduru olduqca, qiymətlidir. Həkimlərimiz, hər gün nəfəs almaqda çətinlik çəkən xəstələrə baxırlar. Nəzərə alaq ki, Covid-19 tutan bir xəstənin qohumu olmaq da, böyük bir məsuliyyət tələb edir. Bir vətəndaş olaraq, tək tövsiyəm budur ki, bu vəziyyəti yaşamamaq üçün maska, məsafə və təmizlik qaydalarına diqqət etməliyik. Əksəriyyətin yaxınları daima Covid-19 tutan xəstəyə mobil telefonlarla zəng edirlər. Beləliklə, uzun müddət telefonla danışan xəstələrin ağ ciyərləri yorulur. Xahiş edirəm, gəlin Covid-19 xəstələri ilə telefonda uzun müddət danışmayaq və onların sağlığını yormayaq.

    İstər ordumuza, istərsə də həkimlərimizə dəstək olmaq istəyiriksə, epidemiyanı onlardan ola bildiyi qədər uzaq tutmalıyıq, epidemiya zamanı, səhiyyə işçilərinin fədakarlığını dəstəkləmək istəyiriksə maskalara, sosial məsafəyə və gigiyena qaydalarına mütləq şəkildə, diqqət yetirməliyik. Səhiyyə işçilərimiz xəstələrini yaxşılaşdırmaq üçün həyatları ilə mübarizə aparırlar, insanların sağlamlığını bərpa etmək üçün səylə çalışırlar.
    Əslində, Covid-19 ölkəmizə gəlməyə başladığı andan etibarən, bu yöndə, dövlətimiz olduqca sağlam addımlar atdı və bu, bugün də, belə olaraq davam edir. Cənab Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayaraq - Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Bununla bərabər, maska fabrikası açıldı, bir çox xəstəxanamız təkcə pandemiya xəstəxanalarına çevrildi. Modul tipli xəstəxanalar açıldı.

    Bütün bu tədbirlər, dövlətimiz tərəfindən həyata keçirildi, üzərimizə düşən vətəndaşlıq borcumuz sadəcə, dövlətimizin, dünya səhiyyə təşkilatının və Səhiyyə Nazirliyimizin qoyduğu bütün qaydalara riayət edərək səhiyyə işçilərimizə hər cür dəstəyi göstərməyə çalışmaqdır. Qaydalara tabe olduğumuz andan etibarən, yalnız səhiyyə işçilərimizə deyil, həkimlərimizin dəstəyinə də ehtiyacı olan, əsgərlərimizə də yaxından dəstək olmuş oluruq. Azərbaycan dövləti, cəmiyyətimiz və əsgərimiz haqqında düşünən hər bir vətəndaşımız, əslində Covid-19-a tutulmamaq üçün bütün qaydalara əməl edərsə, daha yerinə düşər. Vətəndaş olaraq, virusa qarşı qoruyucu tədbirlərimizi ən yüksək səviyyədə saxlamalıyıq. Bu, vətəndaşlıq borcumuzdur. Çünki səhiyyə işçilərimiz, xəstələrini yaxşılaşdırmaq üçün öz həyatlarını belə risk altına alaraq, vətəndaşlarımızın sağlıqlarına qovuşmaları uğrunda, mübarizə aparırlar.

    Bu gün, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən biri, ölkə əhalisinin sağlamlığının qorunması, eyni zamanda, dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasıdır. Xüsusilə, qış aylarında dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi, bizdə də, bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə, müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri qılır. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən əhəmiyyətli məsələlərdən olmaqla bərabər, korporativ sosial məsuliyyəti, bununla yanaşı, dövlət-vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.

    Beləliklə, vacibdir ki, dövlətimiz - səhiyyə işçiləri və bu mübarizədə, səlahiyyətli şəxslərin xəbərdarlıqlarına qulaq asmaq. İndi, hamımız maska taxmamaq üçün deyil, maskanı çıxarmamaq üçün davranmalıyıq. Maska çox vacibdir. Bəzi insanlarımızın bu prosesdə, özünə inamla davrandıqlarını görürük, “yəni bizə heç nə olmaz” deyirlər. Ancaq, bu belə deyil. Ən yaxşısı evdən çıxmamaqdır.

    Ananızı, atanızı, övladlarınızı və yaxınlarınızı, bütünlükdə, cəmiyyətinizi sevirsinizsə, bir-birinizi Allah rızası üçün, qoruyun və mümkün qədər az ünsiyyət saxlayın. Çünki yaxınlarınız nəfəs almaqda çətinlik çəkərsə, peşmançılıq çəkərsiniz...

    Əlbəttə ki, xəstəlikləri əritmək və yox etmək xüsusunda, ən qüvvətli təbib xoşbəxt düşüncələrdir.. Və həsrətə, kədərə, iztirablara da, qələbə çalacaq ən böyük təsəlli gözəl niyyətlərdir..

    Bizim - Azərbaycan xalqı olaraq, 30 illik həsrətimiz, kədərimiz artıq, bitdi.. Həsrəti də, kədəri də, iztirabı da ayaqlar altına aldıq.. Biz Qələbə qazandıq. Biz Zəfər Çaldıq.. Qarabağ Zəfəri!

    Beləcə, Covid-19 virusunu ayaqlar altına almaq və özümüzü, cəmiyyətimizi ondan qorumaq öz əlimizdədir!

    Çünki, biz birlikdə güclüyük, əl-ələ verib bunun da öhdəsindən layiqincə, gələcəyimizə inamım tamdır!

    Sağlığın başlanğıcı, xəstəliyi tanımaqdır. Xəstəliyi tanıyırıq, "sağlam qalmaq" öz əlimizdə..

    Sağlıqlı qalmanız diləklərimlə......
    Allah vətənimizi, ölkə rəhbərliyimizi, xalqımızı və rəşadətli ordumuzu qorusun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR