AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid polkovnik böyük izdihamla şəhidlər xiyabanında dəfn olundu

  • + A
  • - A
  • 24-11-2020, 15:30


    Bu gün Polkovnik Babək Səmidli dəfn olunub.

    Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən şəhid polkovnik Babək Səmidlinin dəfn mərasimi keçirilib.

    1 ci Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

    Babək Mətləb oğlu Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Dəfn mərasimində şəhidin yaxınları, rayon rəhbəri, hərbçilər, İcra hakimiyyəti başçısı, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.

    Mərasimdə çıxış edənlər - Müdafiə Nazirliyinin nümayəndələri, döyüş yoldaşları B. Səmidlinin şücaətindən, qəhrəmanlığından, döyüş yolundan danışıblar.

    Sonda korpus komandiri, general-mayor Hikmət Həsənov B. Səmidlinin tabutu bükülmüş bayrağı onun oğlanlarına verib.

    Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.
    Şəhid polkovnik böyük izdihamla şəhidlər xiyabanında dəfn olundu


























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR