AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hər ay MAAŞINIZDAN AZI 10 MANAT TUTULACAQ-Bu səbəbə...

  • + A
  • - A
  • 25-12-2020, 21:20


    1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.

    AzadMedia.az Publika.az-a Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə bildirir ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

    Nümunə ilə izah edək:

    İşəgötürən tərəfindən – 1. İşəgötürən işçiyə aylıq 500₼ əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 2%-i, aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı ödəyəcək.

    2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 162.5₼ icbari tibbi sığorta haqqı ödəyəcək.

    İşçi tərəfindən - 1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 500₼-dır. Bu halda onun əməkhaqqından 2%, yəni aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı tutulacaq.

    2. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8500₼-dır. Bu zaman 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 162.5₼ icbari tibbi sığorta haqqı tutulacaq.

    Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edildiyini nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

    Nümunə ilə izah edək:

    İşəgötürən tərəfindən - 1. İşəgötürən işçiyə aylıq 700₼ əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 1%-i, aylıq 7₼ (700*1%=7) icbari tibbi sığorta haqqı ödəyəcək.

    2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000₼-ın 1%-i, yəni 80₼ (8000*1%=80), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 82.5₼ icbari tibbi sığorta haqqı ödəyəcək.

    İşçi tərəfindən - 1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700₼-dır. Bu halda onun əməkhaqqından 1%, yəni aylıq 7₼ (700*1%=7) icbari tibbi sığorta haqqı tutulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR