AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhidlərimiz müstəqilliyimizin təməlidir mövzusunda beynəlxalq zoom görüşü keçirilib

  • + A
  • - A
  • 20-01-2021, 08:00

    Şəhidlərimiz müstəqilliyimizin təməlidir mövzusunda beynəlxalq zoom görüşü keçirilib

    Artıq 31 ildir, Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.

    Azadmedia.az xəbər verir ki, Şəhidlərimiz müstəqilliyimizin təməlidir mövzusunda Zoom görüşü keçirilib.

    Bu dəfə, Azərbaycan Xanımlar Klubunun təşkilati dəstəyi ilə keçirilən vebinar Svetlana Osmanlı və Kəmalə Ceylinovanın moderatorluğunda reallaşdırılıb.

    Belə ki, Şəhidlərimiz müstəqilliyimizin təməlidir mövzusunda vebinarda - Millət vəkili Ramin Məmmədov, millət vəkili Səbinə Xasayeva, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elçin Quliyev, qardaş Türkiyə Cumhuriyyətindən İnternet Medya Yayıncıları Genel Başkanı Serdar Akyol, Doç. Dr. Yalçın Bay, Namik Kamal Yıldırım və bir çox media nümayəndələri, vətəndaşlar iştirak edib.


    Tədbir iştirakçıları bu qanlı aksiyanı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirib. Qeyd edilib ki, həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Eyni zamanda, Vətən müharibəsi şəhidlərinin də xatirəsini anılıb.

    Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda keçmiş sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın hadisəsi törədilib. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 147 mülki vətəndaş qətlə yetirilib, 600-dən çox insan yaralanıb, 800-dən çox insan isə qanunsuz həbs edilib. Amansızcasına qətlə yetirilənlər arasında beş millətin nümayəndəsi, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlar, qadınlar, qocalar, əlilliyi olan şəxslər də vardı. 31 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı kimi qiymətləndirilir.

    Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik..

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR