AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb

  • + A
  • - A
  • 20-01-2021, 17:05



    London şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.

    Şəfiqə Robertsin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup xanım soydaşımız 20 Yanvar faciəsindən və Bakıda sovet qoşun hissələri tərəfindən qətlə yetirilən şəhidlərimizdən bəhs edən bukletləri Londonun müxtəlif tarixi məkanlarında paytaxt sakinlərinə təqdim ediblər. Bukletlərdə Azərbaycan xəritəsinin təsviri, 20 Yanvar faciəsindən fotolar əks olunub, tarixi faktlar sadalanıb, "20 Yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, yaralarımız təzə və acıdır", "20 Yanvar Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxıb" və s. kimi ifadələr yazılıb.

    Sonra əllərində Azərbaycan bayraqlarını və 20 Yanvar faciəsinin əks olunduğu şəkilləri tutan xanımlarımız şəhidlərimizi yad ediblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR