AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baydenin seçki kampaniyasına 1.5 milyard dollar xərclənib

  • + A
  • - A
  • 25-01-2021, 10:31

    ABŞ-ın yeni prezidenti Co Baydenin seçki qərargahı anonim mənbələrdən təbliğat prosesinə rekord məbləğdə vəsait cəlb edə bilib.

    Bu barədə “Bloomberg” xəbər verib. Məlumata görə, Baydenin köməkçiləri indiyədək heç kimin toplaya bilmədiyi qədər vəsait, daha dəqiq desək, 145 milyon dollar yığmağa müvəffəq olublar.

    Müqayisə üçün bildirək ki, Tramp tərəfdarları seçkiöncəsi təbliğat-təşviqat işlərinin həyata keçirilməsi üçün cəmi 28.4 milyon dollar yardım alıblar.

    Qeyd edək ki, bütövlükdə hazırkı prezidentin seçki kampaniyası üçün 1.5 milyard dollar xərclənib.

    Yayılan qeyri-rəsmi xəbərlərə görə, növbəti prezident seçkilərinədək Demokratlar partiyası anonim mənbələrdən ianələrin toplanılması təcrübəsini qadağan etmək istəyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR