AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Federasiyası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfər etmişdir

  • + A
  • - A
  • 9-04-2021, 20:02


    Xəbər verildiyi kimi, aprelin 8-də Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.

    Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişdir.

    Həmçinin, 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış kompleks ziyarət edilmiş, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunmuşdur.

    Daha sonra Azərbaycan Respublikasının Baş Prokurluğunda ikitərəfli görüş keçirilmişdir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçıları cənab İlham Əliyev və cənab Vladimir Putinin birgə səyləri və siyasi iradələri sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunmuşdur.

    Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror, bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, əhalinin sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətləri haqda geniş məlumat vermişdir.

    Kamran Əliyev Azərbaycan Resspublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük zəfər müharibəsində qazanılmış qələbə ilə bağlı qonağa məlumat verərkən Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması istiqamətində Rusiya dövlətinin sülhməramlı qismində gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd edərək, Rusiyanın Azərbaycan və Ermənistan arasında balanslaşdırıcı mövqedən çıxış etməsinin regionda sülhün əbədi bərqərar olmasına əminliyini ifadə etmişdir.

    Azərbaycan və Rusiya prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş Prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışmışdır.

    Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmişdir. İki dost və tərəfdaş dövlətin prokurorluq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq respublikamızın qısa zamanda bir çox sahələrdə mühüm uğurlar əldə etməsinin canlı şahidi olduğunu qeyd edərək, xüsusilə prokurorluq orqanlarının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu vurğulamışdır.

    Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılmışdır.

    Baş prokurorlar əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında” Niyyət bəyanatı imzalamışlar.

    Səfər çərçivəsində nümayəndə heyəti İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olmuş, daha sonra qonaqlar Heydər Əliyev Mərkəzinə səfər edərək orada yerləşən muzey və eksponatlar barədə onlara ətraflı məlumat verilmişdir.

    Bununla da, Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnovun ölkəmizə rəsmi səfəri başa çatmış və nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınmışdır.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR