Məşhur Məmmədov,
Milli Məclisin deputatı22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür.
Ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür.
1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb və "Əkinçi"nin nəşri bütün Qafqazda əks-səda doğurub.
Qəzet milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat edib və iki il sonra fəaliyyəti dayandırılıb.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. 1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Hazırda respublikada çox sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, onlayn xəbər portalları fəaliyyət göstərir.
Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Azərbaycanda media mənsubları lV hakimiyyət adlanır. Cənab Prezident İlham Əliyev həmişə media mənsubıarına diqqəti ilə seçilib. Elə bu səbəbdən də "Jurnalistlərin dostu" deyəndə o dəqiqə söhbətin cənab Prezidentdən getdiyini bütün xalq bilir. Qəzet və saytlara maliyyə dəstəyi, jurnalistlər üçün tikilən binalar dövlətin media mənsublarına verdiyi dəyərdir.
Media mənsubları dövlətin aynasıdır. Ölkələrin vəziyyəti, baş verənlər onların qələmi ilə xaraktürizə olunur. Ona görə də hər bir media nümayəndəsi məsuliyyətli, qərəzdən uzaq olmalıdır.
Əziz media nümayəndələri, hər birinizi Mətbuat və Jurnalistika Günü münasibəti ilə təbrik edir, şəxsi və iş həyatınızda uğurlar arzulayıram.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.