Sentyabrın 1-dən Azərbaycanda restoranlara giriş üçün COVID-19 pasportu tələb ediləcək.
Bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilib.
Qərara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər restoranlarda qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.