AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov İraqın rabitə naziri ilə görüşüb

  • + A
  • - A
  • 6-08-2021, 21:20


    Bu gün xarici işlər naziri Ceyhun Bayramov İraqın rabitə naziri Arkan Şihab Al-Şeybaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Azadmedia.az a verilən məlumata görə, nazir Ceyhun Bayramov görüşdə Azərbaycan və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edərək, Komissiyanın ikinci iclası və səfər çərçivəsində keçirilmiş bir sıra görüşlər zamanı əldə edilmiş razılaşmaların ölkələrimiz arasında səmərəli əməkdaşlıq və əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına ümid etdiyini vurğulayıb. 

    Nazir C.Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İraqın hər zaman ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı baxımından beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasəti, 44 günlük Vətən müharibəsi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, dini və mədəni abidələrin dağıdılması, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mina təhlükəsi və ailələrin öz doğma yurdlarına geri dönməsinin vacibliyi barədə ətraflı məlumat verib.

    Görüşdə, habelə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR