Bu gündən etibarən mülkiyyət formasından asılı olmayaraq, bütün elm və təhsil müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.
Bu barədə Operativ Qərargah iyulun 26-də qərar qəbul edib.
Qərar əsasən, sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.