AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “İdeya dolu gənclik” mövzusunda tədbir keçirilib

  • + A
  • - A
  • 24-09-2021, 01:16


    Masallıda “İdeya dolu gənclik” mövzusunda tədbir keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 23 sentyabr 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tədbirlər planının 5.10.7. yarımbəndinin icrası məqsədi ilə gənclərin sosial təşəbbüskarlığını artırmaq və innovativ təfəkkürünü inkişaf etdirmək məqsədi ilə “İdeya dolu gənclik” mövzusunda gənclərlə görüş keçirilib.

    Əvvəlcə tədbirdə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək tədbirin əsas məqsədi gənclərin hər hansı bir ideyasını gerçəkləşdirməsi üçün maarifləndirmək, eləcə də, gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onların tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdən ibarət olduğunu diqqətə çatdırıb.

    Tədbirdə gənc müəllim Toğrul Teymurov, tələbə Şamxal Cəfərov, gənc idmançı Heydərəli Quliyev çıxış edərək bu səpkidə keçirilən tədbirlərin gənclər üçün öz ideya və təkliflərini irəli sürmək baxımından olduqca əhəmiyyətli tədbir olduğunu vurğulayıblar.

    Qeyd edək ki, sonda tədbirdə iştirak edən gənclər öz ideya və təklifləri ilə çıxış edərək maraqlı təkliflər irəli sürüblər.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR