AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğaldan azad edilmiş ərazilərə vergi güzəştləri məsələsinə baxılır - RƏSMİ

  • + A
  • - A
  • 27-10-2021, 10:23


    “Son on ildə ölkə iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 57 milyard dollar təşkil edir”.

    Bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    Onun sözlərinə görə, Azərbaycan hökuməti sahibkarlar üçün biznes mühiti və investisiya cəlbediciliyinin təmin edilməsinə çalışır:

    “Ölkədə ümumi daxili məhsulun 85 faizindən çoxu özəl sektorun payına düşür. Azərbaycan iqtisadi fəallığın təşviqi, əlverişli biznes mühitinin yaradılması üçün stimullaşdırma mexanizmlərindən geniş istifadə edən ölkədir. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, 2022-2026-cı illər üzrə ölkənin strateji inkişaf strategiyası hazırlanır”.

    “Biz gələcəkdə işğaldan azad edilmiş ərazilərə vergi güzəştləri məsələsinə də baxırıq”, - deyə nazir əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR