AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kitab həvəskarlarına şad xəbər!

  • + A
  • - A
  • 2-11-2021, 12:24


    Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.

    Məcəllənin vergi ödəməkdən azad edilməklə bağlı maddəsinə təklif olunan dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) Əlavə Dəyər Vergisi tutulmayacaq.

    Layihəyə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasında baxılacaq.

    Qeyd edək ki, Məcəllənin bir sıra maddələrinə də dəyişikliklər ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR