AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin Eskişəhər bölgəsində “Zəfər Yürüşü” keçirilib - Fotolar - Özəl

  • + A
  • - A
  • 9-11-2021, 21:58


    Dünyanın bir çox yerində olduğu kimi Türkiyənin Eskişəhər şəhərində də Zəfər bayramı böyük coşğu ilə qeyd edilməkdədir. Bu münasibət ilə Eskişəhərdə silsilə tədbirlər keçirilir.
    Tarixi Zəfərimizin ildönümü münasibətilə həftə ərzində bir neçə tədbir keçirməyi planlaşdırırılıb.

    Azadmedia.az-a Eskişəhərdən verilən məlumata görə, İnoyabrın 8-də Eskişəhərin mərkəzi küçələrindən olan Hamamyolu prospektində Yediler Parkında fotosərgi təşkil edilib.

    Belə ki, həmin fotosərgidə 44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarını özündə əks etdirən 50-yə yaxın fotoşəkil nümayiş olunub. Sərgiyə istər yerli sakinlər, istərsə də ictimai-siyasi dairələr tərəfindən böyük maraq göstərilib. Bundan əlavə, bir çox partiyaların təmsilçiləri, QHT nümayəndələri, Azərbaycanın dostu olan ziyalılar sərgini gəzərək, xatirə dəftərinə tarixi Zəfərimizlə bağlı ürək sözlərini yazıblar.

    Əskişəhər Azerbaycanlılar Dərnəyinin dəvəti ilə sərgi keçirilən əraziyə gələn Mehtaran Takımı burada kiçik bir proqram nümayiş etdirib.

    Daha sonra isə Eskişəhər Hamamyolu prospektində Yediler parkı'ndan başlayan və şəhərin mərkəzində olan Ulus abidəsinə qədər davam edən Zəfər yürüşü keçirilib.

    Zəfər yürüşünə qatılan dərnəyin üzvləri, həmçinin burada təhsil alan azərbaycanlı tələbələr əllərində Azərbaycan və Türkiyə bayraqlarını, məşəlləri, eyni zamanda, Vətən müharibəsinin məqamlarını özündə əks etdirən şəkillərlə Zəfər yürüyüşünü həyata keçiriblər.

    300-ə yaxın insanın iştirak etdiyi yürüşün sonunda isə Mehtaran Takımı'nın Ulus abidəsi meydanında qısa konsert proqramı təqdim edilib.

    Aksiyanın sonunda Qarabağ şəhidləri başda olmaqla, türk dünyası şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

    Qeyd edək ki, Zəfər Günü ilə bağlı tədbirlər həftə ərzində davam edəcəkdir.

    Bəxtiyar Qarayev-Eskişəhər







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR