“Horadiz-Ağbənd dəmir yolu xəttinin 2023-cü ilin I rübündə istifadəyə verilməsi gözlənilir".
Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
“Dəmir yolu xəttinin tikintisini 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacağıq. Xəttin uzunluğu 11 km uzanıb. Artıq 40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri də gedir. Paralel olaraq minalardan təmizlənmə işləri də aparılır. Bu ilin sonuna qədər yəqin ki, 50 km-lik işlər yekunlaşacaq”, - deyə o, qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.