AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Breyn rinq ” intellektual yarışı üzrə rayon birinciliyi keçirilib

  • + A
  • - A
  • 3-03-2022, 20:54

    Masallıda “Breyn rinq ” intellektual yarışı üzrə rayon birinciliyi keçirilib

    Masallıda “Breyn rinq ” intellektual yarışı üzrə rayon birinciliyi təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 03 mart 2022-ci il tarixdə ASAN İntellektual İnkişaf Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı “08 Mart Beynəlxalq qadınlar Günü” münasibəti ilə Masallı rayon tam orta ümumtəhsil məktəblərinin IX-XI sinfində təhsil alan qızlar arasında “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

    Belə ki, tədbirin mükafatlandırılma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov tədbir iştrakşılarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti təbrik etmiş və onlara gələcək işlərində uğurlar diləyib.

    Gərgin və maraqlı mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri Masallı Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbin “Əjdahalar” komandası, II yerə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin “Zirvə” komandası , III yerə Gəyəçöl kənd N.Həsənov adına tam orta məktəbin “Gəyəçöl” komandası layiq görülmüşlər . Mahmudavar kənd Q.Babayev adına tam orta məktəbin “Qartal” komandası fərqlədiyinə gərə diplomla mükafatlandırılıb.


    Qeyd edək ki, yarışda birinci yeri tutmuş komanda Masallı rayon Gənclər və İdman İdarəsin tərəfindən diplom və hədiyyələrlə, digər üç komanda isə diplomlarla mükafatlandırılıb.

    Azadmedia.az rəhbərliyi və kollektivi bütün qalibləri təbrik edir, onlara uğurlar arzulayır!


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR