ABŞ Milli Təhlükəsizlik Agentliyinin vəzifəsini tərk edəcək direktoru general Pol Nakason Süni Zəka təhlükəsizlik mərkəzinin yaradılacağını açıqlayıb.
Azadmedia.az xəbər verir ki, Nakason qurulacaq mərkəzin Milli Təhlükəsizlik Agentliyinin (NSA) Kibertəhlükəsizlik Əməkdaşlıq Mərkəzinə daxil ediləcəyini bildirib. Belə ki, onun sözlərinə görə, mərkəz özəl sektor və beynəlxalq tərəfdaşlarla işləyərək, ABŞ-nin müdafiə sənayesini düşmənlərdən, xüsusilə də Çin və Rusiyadan gələn təhdidlərə qarşı gücləndirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.