"X" sosial şəbəkəsinin sahibi İlon Mask gəlirləri artırmaq və botlarla mübarizə aparmaq üçün iki yeni ödənişli abunə səviyyəsini işə salmaq planını açıqlayıb.
Azadmedia.az xəbər verir ki, platforma rəhbərinin sözlərinə görə, bir variant reklamsız girişi təmin edəcək, daha ucuz variantda isə eyni xüsusiyyətlər mövcud reklam xidməti ilə birgə təklif olunacaq. Belə ki, Maskın sözlərinə görə, bu, botlarla mübarizədə təsirli üsul olacaq.
Qeyd edək ki, şirkət artıq istifadəçilərə tvitləri redaktə etməyə, daha az reklam görməyə və yazılarını tanıtmağa imkan verən ayda 8 dollarlıq “X Premium” abunə xidməti təklif edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.