AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Hansı iş məsləhət görülsə..." - Vəzifədən çıxarılan icra başçısı

  • + A
  • - A
  • 25-10-2023, 17:05

    "Hansı iş məsləhət görülsə..." - Vəzifədən çıxarılan icra başçısı


    Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamına əsasən Alı Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Alı Qocayev işdən çıxarılması ilə bağlı "Unikal"a açıqlama verib:

    "Hələ ki, başqa bir iş barədə planım yoxdur. Hansı iş məsləhət görülsə, həmin işlə də məşğul olacam. Buna hələ bir müddət sonra baxarıq".

    "Digər rayonların birində icra başçısı işləmək istərdinizmi?" sualına isə Alı Qocayev belə cavab verib:

    "Buna Cənab Prezident qərar verir. Bu barədə mən bir söz deyə bilmərəm. İşləməyimlə bağlı heç bir problem yoxdur. Mən harada olsam, xalqıma xidmət edəcəm".

    Qeyd edək ki, 76 yaşlı Alı Qocayev 2012-ci ildən Samux rayonunun icra başçısı idi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR