ABŞ Yaxın Şərqdəki münaqişə fonunda İranın neft sektoruna qarşı yeni sanksiyalar hazırlayır.
Azadmedia.az xəbər verir ki, bu barədə “Bloomberg”ə Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hohşteyn bildirib. Belə ki, San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Amos deyib: “Biz bu sanksiyaları tətbiq edəcəyik”.
O həmçinin əlavə edib ki, İranın neft ixracı sutkada 1 milyon bareldən çoxdur və bu rəqəmlər azalacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.