AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Taxta qiymətləri artacaq? - “Çətinliklər yaranacaq”

  • + A
  • - A
  • 23-11-2023, 12:36

    Taxta qiymətləri artacaq? - “Çətinliklər yaranacaq”


    Bu gün paytaxtın Nərimanov rayonu, Dərnəgül şosesində yerləşən “Dərnəgül” taxta bazarı kimi tanınan inşaat materialları bazarında güclü yanğın baş verib. Yanğın sahəsinin təxminən 4 min kvadratmetrə çatdığı bildirilir.

    Ticarət mərkəzinə və burada satışa çıxarılan inşaat mallarına dəymiş zərərin inşaat mallarının qiymətinə təsirləri də müzakirə olunan məsələlərdən biridir.

    İqtisadçı ekspert Rəşad Həsənov açıqlamasında bildirdi ki, bu hadisə sahibkarlıq subyektləri üçün müəyyən çətinliklər yaradacaq:

    “Xüsusilə bu hadisə kiçik sahibkarlar üçün ciddi zərər formalaşdırır və sonrakı dövrdə onların fəaliyyətinə ciddi təsir göstərəcək. Bir neçə həftəlik qısamüddətli dövrdə bazarda taxta təklifi ilə bağlı müəyyən çətinliklər ortaya çıxa bilər”. 

    Ekspertin sözlərinə görə, yanğınla üz-üzə qalan sahibkarların öz fəaliyyətlərini bərpa etməsi üçün zaman tələb olunur: “Bu ərəfədə onların müştəriləri ilə əlaqədar təchizat problemləri yarana bilər. Yaxud da, yaranmış zərər fonunda sahibkarlıq subyektləri hansısa formada əvvəlki müştərilərinə tətbiq etdikləri güzəştləri müəyyən dövr üçün təxirə salmalı olacaq. Düşünmürəm ki, həmin ərazidə sığorta və s. xidmətlərindən istifadə olunsun. Təəsüf ki, Azərbaycanda sahibkarlar bu kimi risklərə qarşı ehtiyatsız davranır və bu sığorta xidmətlərindən istifadə tam olaraq institutlaşmayıb. Bu baxımdan həmin zərərin bir qisminin müştərilərə ötürülməsi və güzəştlərin aradan qaldırılması halları müşahidə oluna bilər”. 

    İnşaat materiallarının qiymətlərinə gəlincə isə R. Həsənov deyir ki, bahalaşma gözlənilmir:

    “Bazar kifayət qədər böyükdür. Baş verən hadisə taxtanın qiymətlərinin artması ilə nəticələnməyəcək. Çünki burada qiymət daha çox digər faktorlar hesabına formalaşır. Lokal səviyyədə müşahidə edilən bu qısamüddətli problemlər ümumi bazar qiymətlərinin formalaşmasına böyük təsir göstərə bilmir. Buna görə də, növbəti dövrlərdə taxtanın qiymətinin bahalaşması ilə üzləşməyəcəyik”. (“Ölkə.Az”)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR