Misirin Böyük Britaniyadakı səfirliyi qarşısında yardımların Qəzzaya çatdırılması üçün Rəfah sərhəd-keçid məntəqəsinin açıq qalması tələbi ilə nümayiş keçirilib.
“Azad Fələstin'', “Yardımın Qəzzəyə daxil olmasına icazə verin” və “Rəfah sərhəd-keçid məntəqəsini açın” şüarlarının yazıldığı plakatlar qaldıran nümayişçilər Qəzzada daimi atəşkəşin təmin edilməsi ilə əlaqədar çağırış ediblər.
İngilis və ərəb dillərində Fələstin tərəfdarı şüarlar səsləndirən nümayişçilər yardımın Qəzzaya çatması üçün Rəfah sərhəd-keçid məntəqəsinin açıq qalmasını tələb ediblər.
Britaniya polisi səfirliyin qarşısında və səfirliyin yerləşdiyi küçədə geniş təhlükəsizlik tədbirləri görüb. TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.