Amerikalı iş adamı İlon Maskın X sosial şəbəkəsi ilin sonuna kimi reklamdan 75 milyon dollara qədər gəlir itirə bilər. Azadmedia.az xəbər verir ki, bu barədə məlumat yayan xarici KİV-lər "Airbnb", "Amazon", "Coca-Cola", "Microsoft" və digər şirkətlərin sosial şəbəkədə reklamlarını dayandırdığı, yaxud da dayandırmağı planlaşdırdıqlarını bildiriblər.
Qeyd edək ki, məşhur milyarder İlon Mask X sosial şəbəkəsində yəhudilərin ağdərililərə qarşı nifrəti qızışdırdığını iddia edən bir yazı ilə razılaşdıqdan sonra qalmaqal böyüyüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.