2024-cü ilin sonuna kimi məcburi köçkünlərin sayının 130 milyonu keçəcəyi gözlənilir.
Azadmedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) “X” sosial media platformasında ilin sonuna kimi didərgin düşəcəyi gözlənilən insanların sayı ilə bağlı paylaşım edib: "2024-cü ilin sonuna kimi 130 milyondan çox adamın məcburi köçkünə çevriləcəyi və ya vətəndaşlıqsız qalacağı gözlənilir. UNHCR bu insanları müdafiə etməyə sadiqdir. Öhdəliyimizi yerinə yetirmək üçün tərəfdaşlarımızdan təcili maliyyə dəstəyi vermələrini xahiş edirik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.