AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə “Lockbit” qrupunun hakerləri tərəfindən həyata keçirilən kiberhücuma məruz qalıb - KİV

  • + A
  • - A
  • 19-12-2023, 09:15

    Bu ölkə “Lockbit” qrupunun hakerləri tərəfindən həyata keçirilən kiberhücuma məruz qalıb -



    İtaliyanın dövlət qurumlarının informasiya sistemləri “Lockbit” qrupunun hakerləri tərəfindən həyata keçirildiyi iddia edilən irimiqyaslı kiberhücuma məruz qalıb.
    Azadmedia.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

    Belə ki, virus məlumat bazalarını şifrələyib. “La Repubblica” qəzetinin məlumatına görə, hələ də dəymiş ziyanın həcmi hesablanır. Haker hücumu əməkhaqqı və elektron hesab-faktura sistemlərinə təsir edib. Milli Kibertəhlükəsizlik Agentliyinin texniki işçiləri araşdırma aparırlar.

    Qeyd edək ki, İtaliyanın İnformasiya Təhlükəsizliyi Assosiasiyasının noyabrda dərc etdiyi hesabata görə, bu ilin ilk altı ayında İtaliyada kiberhücumların sayı 2022-ci illə müqayisədə 40 faiz artıb ki, bu da dünyanın digər ölkələri ilə müqayisədə təxminən 4 dəfə çoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR