AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Google” bu məsələdə uduzdu - KİV

  • + A
  • - A
  • 20-12-2023, 23:02

    “Google” bu məsələdə uduzdu -



    Amerika texnologiya nəhəngi “Google” “Android” proqram mağazası “Google Play Store” ilə rəqabəti boğmaq ittihamı ilə ona qarşı açılan antiinhisar iddiasında 700 milyon dollar ödəməyə razılaşıb.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, San-Fransisko federal məhkəməsindən açıqlanan məhkəmə sənədlərində “Google”un istehlakçılara 630 milyon dollar, ABŞ-ın ştatlarına isə 70 milyon dollar ödəməyə razı olduğu bildirilib.
    Belə ki, “Google” yaxın 5 il ərzində müştərilərinə “Play Store”dan başqa platformalardan “Android” cihazlarına proqramlar yükləməyə icazə verəcək.


    Bundan əlavə “Google”a qarşı açılan antiinhisar iddiasında o, tətbiqlərə qeyri-qanuni məhdudiyyətlər qoyaraq müştərilərinə əlavə ödənişlər tətbiq etməkdə təqsirləndirilib.

    Qeyd edək ki, “Google” həmçinin tətbiqdaxili satınalmalarda 15-30 faiz komissiya alır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR