Bu gün səhər saatlarında Xəzər dənizinin Bakının Səbail rayonu sahillərində tur gəmisi batıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, bulvar ərazisində tur gəmisi qəfil batmağa başlayıb, içindəki şəxslər özlərini dənizə ataraq sahilə tərəf üzməyə çalışıblar. Bir qədər sonra isə başqa bir qayıq batan gəmiyə yaxınlaşıb.
FHN-nin Mətbuat xidmətindən bildirilib ki, bu gün nazirliyin qaynar xəttinə Xəzər dənizində gəzinti gəmisinin batması barədə ilkin məlumat daxil olub: “Dərhal FHN-in dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib, batmaq təhlükəsilə üzləşən şəxslər xilas edilib. Əlavə məlumat veriləcək”.
***
DİN-dən bildirilib ki, Bakıda bulvar ərazisində gəzinti gəmisinin batması ilə bağlı məlumat daxil olan məlumat üzrə nazirliyin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər:
"Polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər".