Avropa və Asiyanın bir çox ölkəsində qızılca xəstəliyinə yoluxma hallarında artım müşahidə olunur. 100 min nəfərə düşən yoluxma hallarının sayına görə, Qazaxıstan dünya ölkələri arasında liderdir.
Azadmedia.az Xarici agentliyə istinadla xəbər verir ki, dekabrın əvvəlinə olan məlumata görə, BMT-nin Uşaq Fondu (UNICEF) qızılca xəstəliyinin yayıldığı ölkələr sırasında Qazaxıstanın birinci yeri tutduğunu bildirib. Təşkilatın məlumatına görə, bu il oktyabr ayının sonunda ölkədə hər 100 min nəfərdən 69-u qızılcaya yoluxub. Qazaxıstan Səhiyyə Nazirliyinin son məlumatına görə isə noyabrın sonunda 100 min nəfərə düşən yoluxma hallarının sayı 88,9-a çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.