Azərbaycanın atletika üzrə əməkdar məşqçisi Nikolay Pavlov dünyasını dəyişib.
Bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Keçmiş idmançı 69 yaşında vəfat edib.
Qeyd edək ki, Nikolay Pavlov 3000 metr məsafəyə maneələrlə qaçışda gənclər arasında (U-23) Azərbaycan rekordçusudur. O, 1972-ci ildə bu 9 dəqiqə 23 saniyə göstəriciyə imza atıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.