Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerüstü radio və televiziya yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb. "Yuxarı Sus" (Laçın rayonu), "Balasoltanlı" (Qubadlı rayonu) RTYS-lərdə açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımı həyata keçirmək üçün radiovericilərin gücü hesablanıb və istifadəyə yararlı boş olan TV yayım kanalları ayrılıb.
Bu barədə Audiovizual Şuranın illik hesabatında bildirilib.
Hesabatda deyilir ki, bundan başqa, adı çəkilən RTYS-lərdə "Azərbaycan Radiosu"nun və "İctimai Radio"nun yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan radiotezliklər müəyyən olunub: "İl ərzində Bakı–Ağsu, Bakı–Lerik və Bakı–Quba avtomobil yolları üzərində FM yayımının monitorinqi həyata keçirilib, maneələr və boş olan zonalar (“ölü” zonalar) aşkar edilib, faydalı siqnalların və maneələrin yaratdığı sahə gərginlikləri ölçülüb. Bundan başqa, Bakı şəhəri və Abşeron yarımadası ərazisində cari monitorinq həm televiziya, həm də radio yayımı üçün aparılıb, “ölü” zonalar aşkar edilib, onların aradan qaldırılması üçün zəruri addımlar “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssisləri ilə müzakirə olunub".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.