AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbçilərlə bağlı qanunda nələr DƏYİŞƏCƏK...

  • + A
  • - A
  • 23-01-2024, 12:13

    Hərbçilərlə bağlı qanunda nələr DƏYİŞƏCƏK...

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il yaz sessiyası üçün işlər planına “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi əlavə olunub.

    Komitə sədri Ziyafət Əsgərov dəyişiklə bağlı bildirib ki, yeni layihə Müdafiə Nazirliyində rəy mərhələsindədir. 

    Hərbçilər tərəfindən maraqla gözlənilən qanun layihəsinə edilən dəyişikliklərin hansı istiqamətdə olacağı sual  doğurur.

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev açıqlamasında bildirib ki, qanun layihəsinə dəyişikliyin sosial istiqamətdə olması gözlənilir:

    “Burada əsas istiqamət sosial yönümlü olacaq. Dəyişiklik hərbçilərin pensiyasının artırılması, Azərbaycan Ordusunda xidmət edən əsgər və zabitlərimizin bütün kateqoriyalarda sosial məsələlər üzrə müvafiq vəsaitlərin artırılması ilə bağlı ola bilər. Bütün proseslər Azərbaycan Ordusunun və digər hərbi birləşmələrin sosial məsələlərinin daha da yaxşılaşdırmasına xidmət edir”, - deyə o bildirib.(Modern)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR