AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müdafiə Nazirliyi generallarla bağlı məlumat yaydı

  • + A
  • - A
  • 2-02-2024, 18:40

    Müdafiə Nazirliyi generallarla bağlı məlumat yaydı

    Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusunun Türkiyədə səfəri davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, qardaş ölkədə səfərdə olan nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.

    Azərbaycan və Türkiyənin Ulu Öndərlərinin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

    Səfər çərçivəsində azərbaycanlı nümayəndələr Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüblər.

    Hər iki görüşdə Azərbaycan ilə Türkiyənin digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.

    Ordumuzun yüksək rütbəli hərbi qulluqçuları Milli Müdafiə Universitetinin Quru Qoşunları Ali Hərbi Məktəbinin tədris korpuslarını ziyarət edib, buranın maddi-texniki bazası və yaradılan şəraitlə tanış olublar. Onlara tədris prosesi barədə ətraflı məlumat verilib.

    Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, eləcə də hərbi sənayə şirkətlərini ziyarət edib, burada qərargah fəaliyyətləri, silah-texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR