STM yeni açıqladığı Kiber Təhdid Vəziyyəti Hesabatında Rusiya və ABŞ-nin son üç ayda ən çox kiberhücumlara məruz qalan ölkələr arasında olduğunu açıqlayıb.
Azadmedia.az xəbər verir ki, Türkiyədə kibertəhlükəsizlik sahəsində mühüm layihələrə və yerli məhsullara imza atan STM-in Texnoloji Düşüncə Mərkəzi “ThinkTech” 2023-cü ilin oktyabr-dekabr aylarını əhatə edən yeni Kiber Təhdid Vəziyyəti Hesabatını açıqlayıb.
Belə ki, STM-nin kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən kibertəhlükəsizlik sahəsində maarifləndirmə məqsədi ilə hazırlanan hesabatda 8 fərqli mövzu var.
Həmçinin hesabatda təşkilatların kiber təhdidlərə qarşı müqavimətinin artırılmasında ön plana çıxan Kiber Dayanıqlılıq Qaydası, süni zəka vasitəsi “ChatGPT”yə edilən kiberhücumlar, dünyada ən çox kiberhücum edən ölkələr kimi aktual və maraqlı mövzular yer alır.
Qeyd edək ki, Avropa Komissiyası tərəfindən qəbul edilən Kiber Dayanıqlılıq Qaydası proqram və aparat kimi istehsal olunan rəqəmsal məhsulların təhlükəsizliyini təmin etmək üçün vacib hesab edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.