SEPAH İran və İraqa ziyarətə gedən Britaniyada yaşayan müsəlmanları casusluğa cəlb edir. Onlardan Britaniyada yaşayan iranlı müxaliflərə qarşı casusluqda və yəhudilərə qarşı sui-qəsddə istifadə edir.
Azadmedia.az xəbər verir ki, bu barədə Britaniya və İsrail rəsmilərinə istinadən xarici KİV məlumat yayıb.
Belə ki, Britaniya hökumətindəki mənbə nəşrə bildirib ki, SEPAH İngiltərədə kimlərisə öldürmək və ya qaçırmaq istədikdə, əsasən İngiltərədəki mütəşəkkil cinayət şəbəkələrindən istifadə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.