AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çinin yeni layihəsi kosmosa buraxılan peyk texnologiyasında əhəmiyyətli bir mərhələni başladacaq - KİV

  • + A
  • - A
  • 14-02-2024, 12:51

    Çinin yeni layihəsi kosmosa buraxılan peyk texnologiyasında əhəmiyyətli bir mərhələni başladacaq -

    Dünyanın ən böyük telekommunikasiya operatoru olan “China Mobile” şirkəti 6G texnologiyasını sınaqdan keçirmək üçün planetimizin ilk müvafiq peykini uğurla orbitə buraxıb. Çin kompaniyası bu addımı ilə inteqrasiya olunmuş kosmos və yerüstü kommunikasiya texnologiyalarını araşdırmaq səylərində yeni bir mərhələnin əsasını qoyub.

    Azadmedia.az “China Daily” nəşrinə istinadla xəbər verir ki, Çinin yeni layihəsi kosmosa buraxılan peyk texnologiyasında əhəmiyyətli bir mərhələni başladacaq. Belə ki, Yerin aşağı orbitində yerləşdirilən sınaq peyki innovativ 6G dizaynı arxitekturasını özündə birləşdirir.

    Belə ki, nəşrin xəbərində bildirilir ki, 6G texnologiyasının sınaq peyki “China Mobile” və Çin Elmlər Akademiyasının Mikropeyklər üzrə İnnovasiya Akademiyası tərəfindən birgə hazırlanmış muxtar struktura malikdir.

    Həmçinin çinli mütəxəssislər bildiriblər ki, yerli proqram və aparatdan istifadə edən sistem orbitdə proqram təminatının yenidən qurulmasını, əsas şəbəkə funksiyalarının çevik yerləşdirilməsini və avtomatlaşdırılmış idarəetməni dəstəkləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR