X sosial media platforması İran məhkəmə sisteminin media orqanı olan "Mizan" saytına daimi qadağa tətbiq edib. Azadmedia.az xəbər verir ki, bu barədə "Mizan" saytı məlumat yayıb.
Belə ki, saytın hesabı davamlı olaraq nifrət mahiyyətli materiallar yaydığı üçün bloklanıb.
Həmçinin, “Mizan” X sosial şəbəkəsində yeni hesab aça bilməyəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl X İran hökumətinə bağlı bir neçə xəbər agentliyi, televizya kanalının təsdiq nişanını silib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.