“İslamofobiya fərdi təzahürdən çıxaraq, faciə halına gəlib. Bu, böyük təhlükədir”.
AzadMedia.az Apa-ya istinadən xəbər verir ki, bunu Dünya Müsəlmanları İcması Şurasının Baş katibi Mohamed Bechari Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq elmi konfransda deyib.
O, bu cür düşüncələrlə mübarizədə dünya təşkilarlarının aciz davrandığını əlavə edib:
“Xüsusilə qərb ölkələrində müsalmanlara qarşı ayrı-seçkilik halları özünü göstərir. Qərb dini və irqi baxımdan onlarla eynilik təşkil etməyənlərə qarşı bu cür yanlış siyasət yürütməkdədir. Biz hesab edirik ki, digər dinlərə qarşı ayrı-seçkilik halları cinayət kimi qəbul edilməli, bu mənada, beynəlxalq qanun hazırlanmalıdır”.
Baş katib İslamofobiya ideyasının kütləvi dəstək aldığını qeyd edib:
“Bu da siyasi düşüncələrdə özünü biruzə verir. Baxmayaraq ki, çox zərərli bir düşüncədir”.
Mohamed Bechari yekunda tədbirin Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.