İtaliyanın Baş naziri Giorgia Meloni Süni Zəka üçün 1 milyard avroluq investisiya fondu yaradacaqlarını və hökumət olaraq bu sektor üçün qanun layihəsi üzərində çalışdıqlarını bildirib.
Azadmedia.az xəbər verir ki, Meloni bu barədə “İtaliya üçün SZ” proqramına göndərdiyi videomüraciətdə bildirib.
Belə ki, “Hökumət hazırda təsdiqlənmə prosesində olan Avropa tənzimləməsini tamamlayacaq bəzi prinsip və qaydaların yaradılmasını və istehsal potensialımızı stimullaşdıracaq ən təsirli tədbirlərin müəyyən edilməsini hədəfləyən qanun hazırlayır”, - deyə İtaliyanın Baş naziri qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.