Pensiyaçılara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinətin verilməsi təklif edilir.
Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.
Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinət verilməsi imkanına baxılsın.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.