AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Orucluqda orqanizmimiz necə dəyişir?

  • + A
  • - A
  • 16-03-2024, 10:20


    Ramazan ayında 30 gün oruc tutulur. Bəs, uzun müddət ac qalmağımız orqanizmimizə necə təsir edir?

    İngiltərəli professor Razeen Mahroof mövzu ilə bağlı araşdırma edib.

    Onun tədqiqatlarına əsasən, ilk gün bağırsaqlarda qidalı maddələrin sorulması prosesi başa çatır. Sonra orqanizmimiz ciyərimizdəki və əzələlərimizdəki qlukoza ehtiyatlarından istifadəyə başlayır. Bu ehtiyatlar tükəndikdən sonra isə piy orqanizm üçün növbəti enerji mənbəyinə çevrilir.

    Bu mərhələ 8-ci günə kimi davam edir. Həmin müddətdə qanda şəkərin səviyyəsinin azalması zəifliyə səbəb ola bilər. Başağrısı, başgicəllənməsi, öyümə hissinin yaranması da bundandır.

    Lakin 8-ci gündən sonra bədənimiz orucluğa tam öyrəşir, əhvali-ruhiyyə buna görə yaxşılaşır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR